FHN-də kadr qovğası: İcra başçısının oğlu vəzifədə qaldı

FHN-də kadr qovğası: İcra başçısının oğlu vəzifədə qaldı


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində rəisin birinci müavini vəzifəsi ləğv edilib.

obyektiv.org Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin sabiq rəisi, daxili xidmət general-mayoru Hikmət Mərdan oğlu Abbasov vəzifəsindən azad olduqdan sonra bu barədə qərar qəbul olunub.

Xidmət rəisinin birinci müavini, daxili xidmət polkovniki Səyavuş Qasımov vəzifəsindən azad edilib. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə keçirilib.

Xidmətin daha bir rəis müavini - Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğlu, daxili xidmət polkovniki Vaqif İbrahimovdur.

Qeyd edək ki, bir neçə ay əvvəl FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov sözügedən qurumun rəisi təyin edilib.